Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:05

Apple şirkətinin rəhbəri Tim Cook homoseksual olduğunu elan etdi


Apple şirkətinin baş icra rəhbəri Tim Cook oktyabrın 30-da elan edib ki, o, homoseksualdır və bununla fəxr edir.

Bloomberg Businessweek xəbər saytında Tim Cook-un yazısı çıxıb. O bildirir ki, gey olmağı ona azlıqda olmağın nə demək olduğunu dərindən anladır.

O yazır ki, onun fərdi və biznes fəaliyyətinin mərkəzində bərabərlik uğrunda mübarizə durur.

53 yaşlı Cook 2011-ci ildən, Steve Jobes vəfat edəndən Apple şirkətinin rəhbəridir.

Cook bildirir ki. o heç vaxt seksuallığını danmayıb , ancaq bunu açıq da deməyib.

O özünü “mühəndis, dayı, təbiəti sevən, idman fanatiki, Cənub oğlu” kimi təsvir edir.

XS
SM
MD
LG