Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:32

Ombudsman əməkdaşları həbsdəki «NİDA»çılar, bloqqer və jurnalistlə görüşüb


Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri müraciətləri araşdırılmaq məqsədilə Bakı İstintaq Təcridxanasında olublar.

Ombudsman Aparatının mətbuat xidmətinin yaydığı məlumata görə, 20 nəfərin saxlanma şəraiti ilə maraqlanıblar. Onlar arasında jurnalist Seymur Həzi, NİDA İdarə heyyətinin üzvü Zaur Qurbanlı, və NİDA-çı İlkin Rüstəmzadə ilə və «Azad söz» facebook səhifəsinin admini, bloqqer Elvin Kərimovla da görüşüblər.

Aparatın yaydığı məlumatda deyilir ki, onların saxlanma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı hər hansı narazılıqları olmayıb:

«Həmin şəxslərin bəziləri barələrində olan cinayət işi üzrə istintaqdan və ya məhkəmə qərarlarından narazılıqlarını bildirib, onlara bununla bağlı hüquqları və Ombudsmanın səlahiyyətləri izah edilib, eyni zamanda müvafiq hüquqi məsləhətlər verilib».

Görüşdə bəzi qaldırılmış məsələlərlə bağlı Ombudsman aidiyyəti dövlət orqanlarına müraciət edəcək.

Məlumatın sonunda təcridxana və kameralarda isitmə sisteminin noyabrın 15-dən işləyəcəyi qeyd olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG