Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:21

İraq kürdlərinin 10 nəfərdən ibarət ilk dəstəsi Türkiyə ərazisindən Suriyanın Kobani şəhərinə daxil olub. Kürd və türk rəsmiləri oktyabrın 30-da bildiriblər ki, yaxın saatlarda daha böyük dəstə Kobaniyə gələcək.

Eyni vaxtda Suriya Türkiyəni onun suverenliyini pozmaqda ittiham edib. Suriya Türkiyəni ittiham edir ki, terrorçu qrupların və xarici qüvvələrin Türkiyə ərazisindən Suriyaya girməsinə imkan verir.

Türkiyənin cənub-şərqinə təyyarə ilə İraq kürdlərinin 100 peşmərqə döyüşçüsü gəlib. Onları ağır texnika müşayət edir.

Kobanidə İslam Dövləti yaraqlıları ilə 6 həftədir ki, davam edən döyüşlərdə 800 adam ölüb, 200 min adam didərgin düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG