Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 00:54

Oxfam bütün milyarderlərə vergi qoyulmasını təklif edir


Britaniyada qərarlaşan Oxfam xeyriyyə təşkilatı öz yeni hesabatında bildirir ki, dünyada sayı artan milyarderlərə cüzi vergi qoyulsa, bu vergidən gələn pulla dünyada bütün uşaqları oxutmaq olardı.

Oxfamın hesabatında deyilir ki, 6 il qabaq dünyada iqtisadi böhran başlanandan dünyadakı milyarderlərin sayı 2 dəfə artıb. Hazırda dünyada 1645 milyarder var.

Hesabata görə, dünyanın ən varlı 85 adamının sərvəti dünya əhalisinin kasıb yarısının sərvətindən çoxdur.

Oxfam-ın icra direktoru Byanyima deyir ki, hökumətlər hərəkət etməyincə, bu təmayül davam edəcək və varlılarla kasıblar arasında uçurum artacaq.

Oxfam təklif edir ki, milyarderlərə 1,5 faizlik vergi qoyulsun. Bu vergidən gələn pul dünyada kasıb uşaqların hamısının təhsil almasına və eləcə də kasıb ölkələrdə zəruri səhiyyə xidmətinin göstərilməsinə kifayətdir.

XS
SM
MD
LG