Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:49

-

Oktyabrın 30-da Nəsimi rayon Məhkəməsi Sülh və Demokratiya İnstitutunun həbsdə olan əməkdaşı Arif Yunusun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Xalid Bağırov məlumat verib. Onun bildirdiyinə görə, məhkəmə vəsatəti təmin etməyib.

Oktyabrın 29-da Nəsimi rayon Məhkəməsi Arif Yunusun həbs müddətinin 4 ay uzadılması ilə bağlı qərar çıxarmışdı.

Arif Yunusun xanımı Leyla Yunus iyulun 30-da, Arif Yunus isə beş gün sonra həbs olunub. Onlar dövlətə xəyanətdə və bir sıra digər cinayətlərin törədilməsində ittiham olunurlar.

«Amnesty International» təşkilatı onları «vicdan məhbusları» kimi tanıyıb. Beynəlxalq təşkilatlar, həmçinin, Fransa prezidenti də daxil olmaqla, bir sıra ölkələrin liderləri onları azadlığa buraxmağa çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG