Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:24

İngilis dilində hansı ölkədə pulsuz, ya ucuz ali təhsil var? - Mətbuat icmalı


Paris, Sorbonna universiteti
Paris, Sorbonna universiteti

-

Pulsuz və ya çox aşağı qiymətə, ingilis dilində hansı ölkədə ali və ya natamam aili təhsil almaq olar?

Apple İranla danışır ki, öz iPhone-larını satsın.

İslam Dövləti yaraqlıları sünni qəbiləsinin 40 döyüşçüsünü hamının gözü qabağında edam edib

Dünya mediası bu gün nədən yazır?

Washington Post qəzetində “Amerikalıların ingilis dilində pulsuz və ya demək olar ki, pulsuz oxuya biləcəyi universitetlər” məqaləsi təkcə amerikalılara yox, ümumiyyətlə bütün xaricilərə aiddir. Qəzet yazır ki, 1985-ci ildən bəri ABŞ-da kolleclərdə təhsilin qiyməti 500 faiz qalxıb, Almaniyada isə “onlar əksini ediblər”.

Almaniyanın universitetləri oktyabr ayından pulsuz olub, Almaniyada universitetləri pulsuz olmayan yalnız Aşağı Saksoniya regionu idi, o da pulsuz təhsilə keçdi.

Almaniyada universitetlərdə oxumağın haqqı həmişə aşağı olub, ancaq bu, yerlilərə aid idi. İndi Almaniya hökuməti xaricilərtin təhsilini də maliyyələşdirir.

Bu dəyişikliyi izah edən senator Stapelfeldt deyir ki, elə ailələr var ki, orda ali təhsil ənənəvi deyil. Belə ailələrdən çıxanları təhsil haqqı qorxudur.

Qəzet yazır ki, alman dilini bilmədən də və 1 dollar ödəmədən də Almaniyada amerikalılar natamam ali təhsil və ya ali təhsil ala bilərlər. Almaniya ingilis dilində mühəndislikdən tutmuş sosial elmlərə qədər təxminən 900 sahə üzrə ali və natamam ali təhsil təklif edir.

Qəzet onu da yazır ki, əgər siz Almaniyanın ali təhsil sistemindən istifadə etmək qərarına gəlsəniz, Almaniya buna şad olar.

Qəzet daha sonra Finlyandiyadan yazır ki, burda bir çox universitetlər ingilis dilində pulsuz təhsil təklif edir, ancaq Finlyandiya hökuməti tez-tez yada salır ki, hökumət tələbələrin öz yaşayış xərclərini ödəyəcəyini gözləyir. Yəni təhsil pulsuzdur, ancaq günorta yeməyini özünüz ödəməlisiniz.

Fransada ingilis dilində azı 76 natamam təhsil proqramı var. Ancaq onlardan çoxu özəl universitetlərin təklif etdiyidir və bu, bahalı təhsildir. İctimai universitet proqramları isə simvolik 200 dollaradır. Elitar universitetlərin isə bir qaydası var, tələbə valideynlərinin gəlirinə uyğun olaraq təhsil haqqı ödəyir. Valideynləri işsiz olanlar pul ödəmir. Varlı uşaqları daha çox ödəyir. Bu qayda Avropa Birliyi ölkələrinin vətəndaşlarına aiddir. Fransada universitetdə bir illik təhsil haqqı maksimum 14000 dollardır. Bu da ABŞ-dakından xeyli azdır.

İsveçdə isə 35 universitetdə ingilis dilində 300 proqram var. Ancaq bu ölkədə yalnız fəlsəfə doktoru, yəni elmlər namizədi proqramları pulsuzdur.

Norveç xarici tələbələrdən təhsil haqqı almır. Norveçin ali təhsil sistemi ABŞ-dakına oxşardır. Burda siniflərdə tələbə azdır, müəllim əlçatandır. Ancaq burda təhsil amaq istəyən düşünməlidir. Çünki Norveç xaricilər üçün ən bahalı ölkələrdən biridir.

Sloveniyada ingilis dilində 150 proqram var. Xaricilər yalnız universitetə daxil olanda əhəmiyyətsiz məbləğ ödəyir.

Braziliyada da universitetə daxil olanda cüzi pul ödəyirlər. Braziliyanın 2 universiteti dünyanın 400 universiteti sırasındadır. Burda bir sıra kurslar ingiliscədir. Ancaq Braziliyada portuqaliya dilini bilmədən keçinmək mümkün deyil, çünki təhsildən kənar bütün fəallıq yerli dildədir. San Paulo universiteti bu xəbərdarlığı öz vebsaytına yazıb.

APPLE İRANA GƏLİR

Apple şirkəti İran şirkətləri ilə danışqıar aparır ki, İrana iPhone-lar satsın. Bunu danışıqlara yaxın olanlar Wall Street Journal qəzetinə deyiblər.

Qəzet yazır ki, Apple şirkətinə öz iPhone-larını İrana satmağa icazə verəcəklər, çünki keçən il ABŞ İrana istehlakçı kommunikasiya texnologiyalarına qadağanı götürdü.

Bundan sonra böyük Amerika şıirkətləri İrana öz mallarını satmağa başlayıb. Boeing İrana son 2 ayda təyyarə hissələri və naviqasiya cihazları satıb. General Electrik şirkəti İrana fərdi kompüterlər və elektrik enerjisi cihazları satmaq üzrə danışıqlar aparır.

Apple şirkətinin İrandakı perspektivlərinə gəldikdə, İranda 77 milyon əhali var, onların da 42 faizi 25 yaşdan az olanlardır.

Ancaq Apple İrana daxil olsa, burda yerli telefon bazarında artıq oturuşmuş LG və Samsung şirkətləri ilə rəqabətə girməli olacaq.

İSLAM DÖVLƏTİ YARAQLILARI 40 SÜNNİ DÖYÜŞÇÜNÜ EDAM EDİB

Wall Street Journal qəzeti yazır ki, İslam Dövləti yaraqlıları 40 döyüşçüçünü Bağadadın 100 km-liyində olan Hit şəhərində küşələrdən keçirib və mərkəzi parkda hamının gözü qabağında edam edib. Meydanda gülələnən bu əsirlər Albu Nimr qəbiləsindəndirlər. Onlar sünnidirlər.

Ancaq sünni qəbiləsindən olanların güllələnməsi onların İraq hökumətindən narazılığını artırıb. Albu Nimr lideri, deputata olan Şeyx Gazi Faysal al-Guod İraq parlamentində deyib ki, “Biz təhlükəsizlik komandanlarından, İraq hökumətindən dəfələrlə xahiş etmişik ki, bizə silah versinlər. Biz İslam Dövləti yaraqlıları ilə vuruşaq bilək. Ancaq bu gün baş verən bu hadisəyə qədər heç kim bizə qulaq asmayıb”.

Qəzet yazır ki, İraq hökumətinin sünni qəbilələrinin köməyinə ehtiyacı var. Sünni qəbilələri isə şiələrin aparıcı yer tutduğu Bağdad hökumətinə şübhə ilə yanaşırlar.

Albu Nimr tayfasının sayəsində isə Hit şəhəri Anbar regionunda sonuncu şəhərlərdən biri idi ki, onu İslam Dövləti yaraqlıları tuta bilməmişdi. Ancaq hökumətdən kömək gəlmədiyinə görə bu şəhər bir neçə gün əvvəl İslam Dövləti yaraqlılarına təslim oldu.

XS
SM
MD
LG