Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 01:14

NATO baş katibinin xüsusi nümayəndəsi Bakıya gəlir


Oktyabrın 8-də NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons Azərbaycana səfərə gəlir. Məqsəd Azərbaycanın alyansla Fərdi Tərəfdaşlığa dair Fəaliyyət Planının yerinə yetirilməsi ilə bağlı vəziyyəti öyrənməkdir.


Bu barədə «Azadlıq» radiosuna Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə məlumat verib.


İkigünlük səfər çərçivəsində cənab Simmonsun rəhbərlik etdiyi nümayəndə heyəti xarici işlər, müdafiə nazirliklərində görüşlər keçirəcək. Eyni zamanda onun prezidentlə görüşü də planlaşdırılır.


Bir həftə sonra, oktyabrın 15-də isə NATO Parlament Assambleyasının vitse-prezidenti Vahit Erdemin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlməlidir.


XS
SM
MD
LG