Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:57

İsveç ilk böyük Avropa ölkəsi olaraq Fələstini dövlət kimi tanıyıb.

Oktyabrın 30-də yayılmış bu xəbər qəfil olmayıb, çünki İsveç ayın əvvəlində bildirmişdi ki, Fələstin dövlətini tanıyacaq.

İsveçin xarici işlər naziri Margot Wallstrom deyib ki, «bu, fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnun təsdiqlənməsi üçün vacib addımdır».

İsveç niyyətini bildirəndə İsrail onu tənqid edib, bu hərəkətin Yaxın Şərq sülh razılaşmasının əldə olunması cəhdlərinə zərbə vuracaq.

Britaniya parlamenti də oktyabrın 13-də Fələstin dövlətini tanımaq üçün simvolik səsvermə keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG