Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:00

Rusiya Ukraynanın qazpulunu ödəyəcəyinə təminat istəyir


Rusiya pul alacağına əmin olmayanadək qaz kranını açmayacaq

Rusiya pul alacağına əmin olmayanadək qaz kranını açmayacaq


Rusiya Kiyevin bu qış qaza olan tələbatının qarşılığında qaz pulunun ödəniləcəyi ilə bağlı Avropa Birliyindən təminat istəyir. Brüsseldə oktyabrın 29-da başlanmış üçtərəfli danışıqlardan sonra Rusiyanın enerji naziri Aleksandr Novak deyib ki, tərəflər sənədlərin “əsas parametrlərinə” razılaşıblar. Danışıqlarda qiymətlər, qazın həcmi və Ukraynanın Rusiyaya qaz borcunun ödənmə mexanizmi müzakirə olunub.

Lakin onu əlavə edib ki, pulu alacağına əmin olmayanadək qaz kranı açılmayacaq.

“Pul varsa, qaz da ödənəcək,” Novak bildirib.

Qazprom rəhbərinin sözlərinə görə, AB və Ukrayna ödəniş təminatına dair protokola razılaşarsa, danışıqlar oktyabrın 30-da bərpa olunacaq.

“Belə bir razılaşma olmasa, sabah (oktyabrın 30-da) hər hansı görüş və ya danışıq da baş tutmayacaq,” Aleksei Miller deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG