Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:54

Keçmiş prezident barəsində cinayət işi qaldırılıb


Qırğızıstan mediasının Baş prokuror Kambarli Konqantiyevə istinadən yaydığı xəbərə əsasən, keçmiş prezident Əsgər Akayev barəsində dörd cinayət işi qaldırılıb, istintaqa başlanıb. Bundan qabaq ölkə rəsmiləri sabiq prezidentə qarşı cinayət işi açılmadığını deyirdilər.


Əsgər Akayev hakimiyyətdə olduğu dövrdə Qırğızıstandan İsveçrəyə qanunsuz olaraq 1.6 ton qızıl ötürməkdə şübhəli bilinir.


Prokurorluq həmçinin, Maliyyə Nazirliyindən yarım milyon dolların yoxa çıxması ilə bağlı cinayət işi açıldığını deyir. Keçmiş prezidentin oğlu Aydar Akayev nazirlikdə müşavir işləyirdi. Ötən ilin martında devrilmiş Akayev Rusiyada sığınacaq tapıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG