Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:12

“ABŞ-ın narkotiklərə qarşı vahid strategiyası yoxdur”


Sopko Vaşinqtonun son 13 ildə narkotiklərlə mübarizəyə 7 milyard dollar “xərclədiyini” bildirib

Sopko Vaşinqtonun son 13 ildə narkotiklərlə mübarizəyə 7 milyard dollar “xərclədiyini” bildirib

ABŞ-ın Əfqanıstan üzrə monitorinq təşkilatı ölkənin gəlirli tiryək iqtisadiyyatının yenidənqurma işlərinə təhlükə yaratdığına xəbərdarlıq edir. Birləşmiş Ştatların bu problemlə yetərincə məşğul olmadığını qeyd edir.

Oktyabrın 30-da SİGAR təşkilatı yaydığı hesabatda bildirir ki, narkotik maddələrlə mübarizə ABŞ hökumətinin və beynəlxalq ictimaiyyətin “Əfqanıstan gündəmindən kənarda qalıb”.

Oktyabrın 28-də AzadlıqRadiosuna müsahibəsində Əfqanıstanın yenidənqurulması üzrə Xüsusi Baş İnspektor John Sopko deyib:

“Onların vahid strategiyası yoxdur. Məncə əfqanları bu strategiyanın bir hissəsinə çevirmək lazımdır”.

Sopko Vaşinqtonun son 13 ildə narkotiklərlə mübarizəyə 7 milyard dollar “xərclədiyini” bildirib.

Hesabatda qeyd olunur ki, tiryək 411 min iş yeri yaradıb. Bu, Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrindəki iş yerlərindən çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG