Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:54

Mixail Saakaşvili Avropadan kömək istəyir


Gürcüstan prezidenti Mixail Saakaşvili Avropanı Moskva ilə Tbilisi arasında dərinləşən böhranın həllinə kömək etməyə çağırıb. O, həmçinin Moskvanı irqçi ritorikadan çəkinməyə çağırıb, qeyd edib ki, əvvəllər bu, çeçenlərə qarşı yönəlmişdi, indi isə gürcülərə qarşı yönəlib.

Mixail Saakaşvili bunu Fransanın «Fiqaro» qəzetinə müsahibəsində deyib.


Rusiya oktyabrın 6-da qanunsuz immiqrant saydığı 130-dan çox Gürcüstan vətəndaşını ölkədən çıxarıb.


Bu yaxınlarda Gürcüstanda casusluq ittihamıyla 4 Rusiya zabitinin həbsi iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirib.


Zabitlər Rusiyaya verilsə də, Moskva Gürcüstana qarşı bir sıra sanksiyalar tətbiq edib, Gürcüstan vətəndaşlarına qarşı viza rejimini sərtləşdirib.


Rusiya prezidenti Vladimir Putin isə ATƏT-i «Gürcüstan hökumətinin aqressiv davranışını» dəyişməyə çağırıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG