Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:44

Elmar Məmmədyarov: «Paris görüşünün əsas nəticəsi...»


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

-

«Paris görüşünün əsas nəticələrindən biri kimi François Hollande-nin böyük sülh sazişinin layihəsi üzərində işə başlamağın zəruriliyi barədə çağırışını qeyd edərdim. Azərbaycan dəfələrlə bəyan edib ki, bu işə hazırdır».

Xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarının Paris görüşünün nəticələrinə dair çıxışını şərh edərkən belə deyib. E.Məmmədyarov mediyaya verdiyi açıqlamada bildirib ki, ümumiyyətlə, prezidentlər səviyyəsində hər bir görüş müsbət addımdır:

«Bu görüşlər münaqişənin həlli prosesini irəli aparmaq məqsədilə qarşı tərəfin yanaşmasını başa düşməyə yardım göstərir. Regionda təhlükəsizlik, sərhəd və kommunikasiyaların açılması və etimad quruculuğu tədbirləri üzrə məsələlərin razılaşdırılması geniş imkanlar yaradır. Belə ki, Ermənistan qoşunları Azərbaycan ərazilərində olmadığı halda snayperlərə ehtiyac qalmayacaq və əsaslı şəkildə hərbi insidentlər azalacaq».

Ermənistan xarici işlər naziri Edward Nalbandian da Ermənistan və Azərbaycan prezidentlərinin «konstruktiv, faydalı və səmimi» görüş keçirdiyini deyib.

XS
SM
MD
LG