Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:00

Apelyasiya məhkəməsi Rəsul Cəfərovun şikayətini təmin etməyib


İnsan hüquqları müdafiəçisi Rəsul Cəfərov

İnsan hüquqları müdafiəçisi Rəsul Cəfərov

Okyabrın 29-da Bakı Apelyasiya Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun şikayətinə baxıb. Bu barədə AzadlıqRadiosuna Rəsul Cəfərovun səlahiyyətli nümayəndəsi Günay İsmayılova məlumat verib.

Nəsimi rayon məhkəməsinin Rəsul Cəfərovun həbs müddətinin üç ay uzadılması ilə bağlı qərarından verilən şikayət təmin olunmayıb.

Günay İsmayılovanın bildirdiyinə görə, müdafiə tərəfi qətimkan tədbirinin ev dustaqlığı və ya girovluğa buraxılma ilə əvəz olunması ilə bağlı vəsatət vermək niyyətindədir.

Avqustun 8-də Rəsul Cəfərovun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Ona qarşı qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Oktyabrın 23-də onun həbs müddəti daha 3 ay uzadılmışdır. Hüquq müdafiəçisi ona qarşı ittihamları rədd edir, bunu özünün fəaliyyəti ilə əlaqələndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG