Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:14

Bakının mədəni irsi ilə tanışlıq üçün vahid bilet


“City Sightseeing Baku” avtobusu

“City Sightseeing Baku” avtobusu

-

Azərbaycanda ilk dəfə “Kombo” biletlərin (birgə vahid bilet) satışı gerçəkləşəcək.

Bu işi Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə dünya brendi kimi tanınan “City Sightseeing Worldwide” şirkətinin Bakıda fəaliyyət göstərən “City Sightseeing Baku” şirkəti həyata keçirəcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, bu yenilik Bakının mədəni irsinin və turizm potensialının geniş təbliğ olunması məqsədini daşıyır və sentyabrda Bakıda keçirilmiş Dünya Turizm Gününə həsr olunmuş tədbirdə “City Sightseeing Baku” şirkəti ilə Azərbaycan Xalça Muzeyi arasında birgə fəaliyyət barədə əməkdaşlıq müqaviləsinə əsasən reallaşacaq.

Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva insanları muzeyə cəlb etmək üçün maksimum imkanlardan istifadə etdiklərini, uzadılmış iş rejiminə keçdiklərini söyləyib.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ekskursiya üçün şirkətə 3 ədəd ikimərtəbəli avtobus ayrıldığını söyləyib.

Xalça Muzeyi, Bakı

Xalça Muzeyi, Bakı

“City Sightseeing Baku” şirkətinin təsdiq olunmuş marşrutu üzrə 1 tur 23 kilometr məsafə təşkil edir. Tur ərzində avtobus 15 dayanacaqda dayanır və müddəti 1 saat 30 dəqiqədir. Avtobuslarda 8 dildə audiobələdçi və yüksək sürətli internetdən istifadə etmək mümkündür.

Biletlər uşaqlar üçün 6, yerli əhali üçün 12, turistlər üçün isə 22 manatdır.

Altı yaşınadək uşaqlar pulsuzdur.

XS
SM
MD
LG