Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:58

Sürrealist dizaynlı həbsxana kamerası – işgəncə üçün


Barselonadakı sərgidə sürrealist kameranın tam ölçüdə maketi hazırlanıb.
Barselonadakı sərgidə sürrealist kameranın tam ölçüdə maketi hazırlanıb.

Daş çarpayı 20 dərəcə mailidir. Onun üstündə yatmaq, döşəməyə yıxılmamaq faktiki mümkün deyil.

Döşəməyə isə nizamsız şəkildə kərpiclər bərkidilib. Bu da kamerada var-gəl etməyi çətinləşdirir.

Bu cür 2 kv. metrlik həbsxana kameralarını ötən əsrin 30-cu illərində İspaniyada düzəldiblər. Vətandaş müharibəsi zamanı nasist Frankonun yaraqlılarına qarşı vuruşan respublikaçılara həbsdə işgəncə vermək üçün.

Kameranın divarlarındakı surrealist, abstrakt rəsmlər isə məhkumun psixikasına təsir etmək, ruhdan salmaq üçün idi.

Bu effekti gücləndirmək üçünsə xüsusi işıqlandırma sistemindən istifadə edilirdi.

Bəzi kameraların divarına hətta qətran yaxırdılar ki, yayda içəridə dözülməz isti olsun.

İspan tarixçisi Jose Milicua “El Pais” qəzetinə deyib ki, həmin kameralar barədə məlumatı arxivdə məhkəmə sənəndlərini araşdırarkən tapıb.

Məsələn, 1939-cu ildə fransız dizayner Alphonse Laurencic məhkəmədə etiraf edib ki, belə həbsxana kameralarını hazırlayarkən onun ilham mənbəyi sürrealist Salvador Dali və bauhauz rəssamı Wassily Kandinsky olub.

Tarixçi deyir ki, belə kameralar Barselonadakı həbsxanada məxfi saxlanıb.

Həmin kameralardakı məhkumlara mənəvi işgəncə məqsədilə hətta Salvador Dali və Luis Bunuel-in “Əndəlüs köpəyi” filmini də göstəriblər.

Nasistlər, o cümlədən Franko tərəfdarları sürrealist sənəti “degenerativ” sayırdılar.

Openculture-yə istinadla OxuZalı

"Əndəlüs köpəyi" filmindən bir neçə saniyəlik parça

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG