Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:25

Xədicə İsmayılın məhkəməsi olub


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Oktyabrın 29-da Binəqədi rayon Məhkəməsində araşdırmaçı-jurnalist Xədicə İsmayılın məhkəməsi davam edib.

Məhkəmə prosesində istintaqda adı keçən sənəddəki ad və soyadın iddiaçı Elman Həsənovun ad və soyadı ilə üst-üstə düşmədiyi müzakirə olunub.

Müdafiə tərəfinin vəkili Elton Quliyev hansı əsasla sənəddəki ad və soyadın ona məxsus olduğunu iddia etməsinə aydınlıq gətirmək üçün Elman Həsənova sual verib. Şikayətçi Elman Türkoğlu ad-soyadının yalnız ona məxsus olduğunu deyib.

Növbəti məhkəmə prosesi noyabrın 11-ə təyin olunub.

«Baş bayraqdar» ayamalı Elman Həsənov (Türkoğlu) jurnalist Xədicə İsmayılın Cinayət Məcəlləsinin böhtan maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Elman Həsənov jurnalistin öz «facebook» hesabında yaydığı bir məlumatda şəxsi həyatına müdaxilə edildiyini və ona böhtan atıldığını iddia edir.

Xədicə İsmayıl AzadlıqRadiosuna insanların şəxsi həyatlarına hörmət etdiyini və kiminsə şəxsi həyatı ilə bağlı heç vaxt məlumat yaymadığını vurğulayıb. Jurnalist MTN-nin müxalifətin idarə olunması üçün bəzi şəxsləri ələ alması haqda olan məlumatı paylaşmadan öncə oradakı bütün adları və şəxsi məlumatları sildiyini bildirir. Xədicə İsmayıl əlavə edir ki, «facebook»da paylaşdığı məlumatın sənəd olduğunu heç vaxt iddia etməyib.

XS
SM
MD
LG