Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:23

-

İslam dövləti yaraqlıları ilə mübarizədə koalisiyanın üzvü olan ərəb ölkələrinin özü elə həmin İD ideologiyasını bölüşür. İnsan haqları, azadlıq bu ərəb ölkələrində hələ qəbul olunmuş prinsiplər deyil.

Ukraynanın Lvov şəhəri 5 ölkənin tərkibində olub. Avropada tarixi əsas gətirib, sərhədlərə yenidən baxmaq təhlükəsi.

Ukrayna böhranının Cənubi Qafqaza təsiri.

Rusiya öz qonşularını niyə izləyir?

Dünya mediası bu gün nədən yazır?

Guardian qəzeti yazır ki, İslam dövləti təşkilatını çox qəddar hesab edirlər, ancaq Ərəb ölkələrinin çoxu elə həmin İslam Dövləti ideologiyasını bölüşür.

Qəzet yazır ki, azadlıq bir prinsip kimi beynəlxalq aləmdə qəbul olunub, Universal İnsan haqları Bəyannaməsi var, bu da qəbul olunub. Ancaq bunların konkret olaraq ərəb ölkələrində qəbul olunmasına hələ çox var.

Ərəb ölkələrində “səhv inanclı” və yaxud da eyni dindən olan, ancaq dini ənənədən qırağa çıxan baxışları olan insanlar ayrı-seçkiliyə məruz qalır.

Hökumətlər dini qaydalar tətbiq edir, onların buna getyməyinin səbəbi bu yolla legitimliklərinin olmamağını kompensasiya etmək istəyirlər.

Qəzet yazır ki, ABŞ İD yaraqlıarını bombalamaqla, onları məhv etməklə problemi həll etmək istəyir. Ancaq İD ideologiyası elə İD koalisiyasına qoşulmuş bir sıra ərəb ölkələrinin öz ideologiyasıdır.

İD yaraqlıları insanları inancına görə edam etməyə hazırdır. Bu, 6 ərəb ölkəsində də var. Bunlar Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Sudan , BƏƏ, Yəməndir. Burda dinindən dönmək cinayətdir və ölüm hökmü oxuna bilər.

Hərçənd bu ölkələrin heç birində son illər dinindən dönmə hadisəsi olmayıb. Məsələn, ABŞ Dövlət departamenti Səudiyyə Ərəbistanında son 20 ildə dinindən dönmənin olmadığını bildirir.

Bunun bir səbəbi odur ki, dinindən dönən olanda hökumət bunu yoluna qoymağın üsulunu axtarır.

1996-cı ildə Küveytdə ilk dəfə dinindən dönən müsəlman peyda oldu. Şiə olan Hüseyn Əli Qəmbər xristianlığı qəbul edib, adını dəyişdi və Robert oldu.

Onu ailəsindən, uşaqlarından ayırdılar, ona təzyiq etdilər ki, səhv yolda olduğunu etiraf etsin, ancaq fikrindən döndərə bilmədilər. İş gedib, məhkəməyə çıxdı və hakim dinindən döndüyünə görə, ona ölüm cəzası təklif etdi. Hakimiyyət vəziyyəti belə görüb, sakitcə ona pasport verdi, o da ölkəni tərk etdi.

AVROPANIN AXIRI

Financial Times qəzeti yazır ki, Avropada sərhədlərə yenidən baxmaq təhlükəlidir.

Məsələn, Lvovu götürək. Burda 1914-cü ildə anadan olub, 1992-ci ildə vəfat edən adam , bu şəhərdən qırağa çıxmadan yaşayıbsa, o, 5 ölkədə yaşaymış olub.

1914-cü ildə bu şəhərin adı Lvov yox, Lemberg idi. O, Avstriya-Macarıstana daxil idi. 1919-cu ildə Lvov artıq Polşanın idi. 1941-ci ildə onu almanlar işğal etdi, 1945-ci ildə Lvov Sovet İttifaqına daxil oldu, 1991-ci ildən isə müstəqil Ukraynanın bir şəhəridir.

Krımı özünə birləşdirən Rusiyanın arqumenti budur ki, Krım Rusiya üçün çox qiymətlidir. Onda Almaniyanın da mədəni və tarixi irsinin bir çox mühüm şəhərləri hazırda Rusiyadadır. Məsələn, Köniqsberq, bu şəhərin indiki adı Kalininqraddır. Almaniya da onları istəməlidirmi?

Yeri gəlmişkən, bu şəhər məşhur alman filosofu İmmanuil Kantın doğma şəhəridir. Kant deyirdi ki, bir hərəkət edəndə bunun mənəviyyata uyğun olmağını bilməyin bir asan yolu var: hamı belə etsə, onda nə olar?

Əgər Avropa ölkələrə imkan versə ki hərə öz qonşusunun ərazisinə tarixi və ya etnik əsaslar göstərərək iddia etsin, onda bu, Avropa qitəsinin sonu olacaq.

BAKI BİR GÜN SEÇMƏLİ OLACAQ

Moscow Times qəzeti “Ukrayna və Cənubi Qafqaz” məqaləsində yazır ki, Ukrayna böhranı Cənubi Qafqaza təsir edir.

Bakı çoxistiqamətli diplomatiyaya sadiqdir, Qərblə Rusiya arasında oynamaqda davam edir. Ancaq bir vaxt gələ bilər ki, Bakı qəti seçim etməli olacaq.

CASUSLUĞUN 7 SƏBƏBİ

Daily Telegraph qəzeti Rusiyanın öz qonşularını niyə güdməsinin 7 səbəbi adında məqalə yazıb. Məqalədə deyilir ki. 2 gün qabaq Çexiya öz ərazisində Rusiya casuslarının sayının artması, fəaliyyətinin güclənməsi haqda hesabat yaydı. Hesabata görə, bu casuslar Çexiyaya turist, biznesmen kimi gəlirlər. Bu ayın əvvəlində Polşa iki rusiyalını casusluq ittihamı ilə tutdu. Keçən cümə günü Polşa rusiyalı jurtnalisti akreditasiyadan məhrm etdi, həmin jurnalist də casusluqda şübhəli bilinir.

Qəzet yazır ki, bu casusluğa əsas səbəblər nədir?

1. Rusiya qonşuların yeni hökumətlərini sınağa çəkir.

2. Obamanı nüfuzdan salmaq istəyir. Obama sentyabrın 3-də Baltik ölkələrində səfərdə idi. O əmin etdi ki, ABŞ Baltik ölkələrini qoruyacaq. Ancaq Obama gedəndən cəmi iki gün sonra Rusiya Estoniya ərazisinə girib, Estoniyanın əks-kəşfiyyat zabitini oğurladı. Qəzet əmindir ki, bu, birbaşa Obamanı gözdən salmağa yönələn hərəkət idi.

3. Parçala, hökm sür. Qərb ölkələri və hökumətləri də yekcins deyil. Bir sıra Çexiya rəsmiləri Rusiyaya qarşı sanksiyaların əleyhinədir. Finlyandiya yeni sanksiyalara qarşıdır. Rusiya qonşularda kəşfiyyatı gücləndirməklə siyasilərin əhvalı haqda məlumat yığır.

4. Xaricdəki ruslar. Rusiya onlarla bağlı vəziyyəti izləməlidir.

5. Rusiya deyə bilər ki, əslində böyük heç nə etmir. Edward Snowdenin sənədlərinə görə, ABŞ-ın Rusiyanı izləməsində əsas tərəfdaş kimi İsveçdən istifadə edir. Rusiya deyə bilər ki, o, özünə qarşı casusluğu izləmək üçün özü kəşfiyyat işləri aparır.

6. Konspirasiya nəzəriyyələri. Belə fikir var ki, bəzi ölkələr casus məsələsini şişirtməklə hərbi xərclərini artırırlar.

7.Səbəb Ukraynadır. Baltik ölkələri, Polşa Rusiyanın Ukraynaya görə cəzalanmasını tələb edirlər. Rusiya təklənir. Qonşularının hamısı Vaşinqtona üz tutur. Rusiyanın indiki qəzəbinin, Qərbə münasibətinin dəyişməsinin,casusluğun artmasının 'slind' bir səbəbi var, o da Ukraynadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG