Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:18

Gürcüstan ordusunun zabitləri dövlət vəsaitini mənimsəməkdə ittiham olunur


Gürcüstan ordusunun zabitləri

Gürcüstan ordusunun zabitləri

Gürcüstan prokurorluğu bildirir ki, ordunun vəzifədə olan beş və keçmiş bir neçə zabiti dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinərək həbs olunub.

Oktyabrın 28-də yayılmış bəyanatda deyilir ki, həmin şəxslər 2.3 milyon dollarlıq vəsaiti mənimsəyiblər.

Şübhəlilərin adları açıqlanmayıb, onlar ötən il fiber optik kabel çəkilməsi və avadanlıq təchizatı üçün saxta tender keçirməkdə ittiham olunurlar.

Birləşmiş Ştatlar Gürcüstan hakimiyyətini çağırıb ki, məhkəmələrdən siyasi təzyiq rıçaqı kimi istifadə etməsin. 2012-ci ildə müxalifət koalisiyası parlament seçkisində o vaxtkı prezident Mikheil Saakashvili-nin hakim partiyasını məğlub edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG