Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:51

Dövlət Departamenti rəsmisi azərbaycanlı girovlardan danışdı


 ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki


Oktyabrın 28-də ABŞ Dövlət Departamentində keçirilən gündəlik brifinqdə departament rəsmisinə Dağlıq Qarabağda məhkəməsi başlayan azərbaycanlı girovlar barədə sual verilib.

“Durumu izləyirsinizmi, narahatlığınızı Ermənistan və Azərbaycan tərəfə çatdırmısınızmı?”

Bu suala cavabında departamentin sözçüsü Jen Psaki deyib ki, bu iş barədə geniş məlumat yoxdur və məsələni öyrənəcək.

“Biz tərəflərə həmişə demişik ki, Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün vacib addımlar atılmalıdır. Onları danışıqlar masası ətrafında cəhdləri artırmağa, sülhün regiona gətirəcəyi faydalara diqqət yönəltməyə çağırırıq”.

“Düşünürsünüz ki, azərbaycanlıların qondarma Dağlıq Qarabağ respublikasının paytaxtında məhkəməyə çıxarılması bu addımların atılmasına bağlıdır?”

Bu suala cavabında xanım Psaki bir daha həmin işin ayrıntılarından xəbəri olmadığını bildirib.

2 azərbaycanlı oktyabrın 27-də Qarabağı nəzarətdə saxlayan qondarma rejim Xankəndində "məhkəməyə" çıxarıb. 46 yaşlı Şahbaz Quliyevi və 54 yaşlı Dilqəm Əsgərovu Dağlıq Qarabağ qətldə, casusluqda, “sərhəddi” qanunsuz keçməkdə, qanunsuz silah daşımaqda ittiham edir. Bakı bildirir ki, öz doğma yerlərinə baş çəkməyə gedən həmin Azərbaycan vətəndaşları əslində girov götürülüb.

XS
SM
MD
LG