Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:08

Macarıstanda İnternet vergisinə etiraz aksiyası keçirilib


Macarıstanda İnternet vergisi planına qarşı aksiya keçirilib

Macarıstanda İnternet vergisi planına qarşı aksiya keçirilib

Oktyabrın 28-də 100 minədək etirazçı Budapeştdə hökumətin gələn ildən İnternet vergisi planına qarşı aksiya keçirib.

İqtisadiyyat Nazirliyi önünə toplaşan etirazçılar baş nazir Viktor Orban-ı planı geri götürməyə çağırıb. Gələn ildən İnternet xidməti provayderlərindən ayda fərdi abunəçiyə görə 3, biznes abunəçisinə görə 29 dollar aylıq vergi ödəmək tələb olunacaq.

Provayderlərin bu vergini ödəyə bilməyəcəyi bildirilir.

Son 3 gündə ikinci belə yürüş keçirilir. Bu aksiya həm də daha çox gənclərin Orban-ın hakimiyyəti mərkəzləşdirmək və dövlətin rolunu artırmaq siyasətindən narazılığının gücləndiyini göstərir.

Hökumət büdcə defisitini nəzarətdə saxlamaq üçün bank, enerji və telekommunikasiya sektorları üzərinə xüsusi vergi qoyub. Orban-ın Fidesz partiyası bu ilin aprelində ikinci dəfə seçkini udub.

Günün bütün mövzuları

XS
SM
MD
LG