Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:33

İraq peşmərgələri Türkiyəyə çatıb, Kobaniyə gedir


İraqın kürd regional hökuməti 150 peşmərgə döyüşçüsünü Kobaniyə göndərməyə qərar verib

İraqın kürd regional hökuməti 150 peşmərgə döyüşçüsünü Kobaniyə göndərməyə qərar verib

Suriyanın kürd lideri Salih Muslim Muhammad deyir ki, İraqın şimalından 150 kürd peşmərgə yaraqlısı oktyabrın 28-də Türkiyəyə çatıb və Suriyanın mühasirədə olan Kobani şəhərinə yollanıb. Məqsəd İslam Dövləti yaraqlılarına qarşı vuruşan kürd döyüşçülərinə kömək etməkdir.

İraqın kürd rəsmiləri onlarla kürd peşmərgə döyüşçüsünün İraqın şimalındakı Ərbil bazasından Türkiyəyə yola düşdüyünü bildirib. Onlar Türkiyə ərazisindən keçərək Kobaniyə gedəcəklər.

Ötən həftə İraqın kürd regional hökuməti 150 peşmərgə döyüşçüsünü Kobaniyə göndərməyə qərar verib.

ABŞ koalisiyası bir neçə həftədir Kobanidə və ətrafında İD mövqelərini bombalayır.

İD yaraqlıları 2013-cü ildən Kobanini zəbt etməyə çalışır. Ötən ay Kobani ətrafını və yaxınlıqdakı bir neçə kəndi ələ keçiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG