Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:32

Kiyevlə ABŞ Moskvanın separatçı seçkilərinə dəstəyini pisləyir


Parlament seçkisi, Kiyev. Ukrayna
Parlament seçkisi, Kiyev. Ukrayna


Oktyabrın 28-də Ukrayna Rusiyanın Ukraynanın şərqində separatçıların təşkil etdiyi seçkilərə dəstəyini “destruktiv və təxribatçı” adlandırıb. Birləşmiş Ştatlar isə bildirib ki, belə bir seçki qanunsuz olacaq.

Rusiyayönlü separatçılar noyabrın 2-də Ukraynada 26 oktyabr seçkisinə cavab olaraq seçki keçirir. 26 oktyabr seçkisini qərbyönlü partiyalar udub.

Ukrayna prezidenti Petro Poroshenko separatçıların planlaşdırdığı seçkini “psevdo-seçki” adlandırıb, seçkinin sentyabrda Minskdə əldə olunmuş beynəlxalq razılaşmalara zidd olduğunu bildirib.

Rusiya xarici işlər naziri Sergei Lavrov isə Moskvanın Donetsk və Luqansk seçkilərini tanıyacağını bəyan edib.

ABŞ dövlət katibi John Kerry xəbərdarlıq edib ki, seçki “həm Rusiya, həm də separatçıların dəstəklədiyi Minsk sazişləri öhdəliklərinin açıq-aydın pozulmasıdır”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG