Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:12

Finlandiya Baş Prokurorluğunun rəsmi bəyanatında bildirilir ki, Rusiya liderinin adı bu siyahıya səhvən daxil edilib.

-

Bu ölkədən verilən xəbərlərdə deyilir ki, Finlandiya prokurorluğu Rusiya prezidenti Vladimir Putinin adını cinayət şübhəliləri siyahısına saldıqları üçün üç polis nəfərini məsuliyyətə cəlb edəcək.

Finlandiya Baş Prokurorluğunun rəsmi bəyanatında bildirilir ki, Rusiya liderinin adı bu siyahıya səhvən daxil edilib.

Sözü gedən üç nəfərdən ikisi yüksək rütbəli polis zabitləri, biri isə məlumat bankı üçün cavabdeh olan dövlət qulluqçusudur.

Onların hamısına qarşı vəzifələrinə səhlənkar yanaşma ittihamı irəli sürülüb, lakin cavabdehlər bu ittihamı rədd edirlər.

Oktyabrın əvvəllərində Finlandiya polisi bu işdə şübhəli sayılan 7 nəfərin işini araşdırmış və nəticələri Baş Prokurorluğa təqdim etmişdi. Bundan sonra prokurorlar siyahıdakı dörd nəfərə qarşı işə xitam vermişdilər.

Dövlət əhəmiyyətli xəta

Prokurorların fikrincə, Rusiya prezidentinin adının şübhəlilər siyahısına daxil edilməsi qanunsuz olub.

2013-cü ilin aprelində Finlandiyanın MTV3 kommersiya telekanalı Vladimir Putinin adının ölkə Milli Təhqiqatlar Bürosunun (MTB) cinayət şübhəililəri reyestrində olduğu barədə məlumat yaymışdı.

Həmin vaxt bu məlumat Finlandiya hökuməti və MTB üçün ciddi başağrısı yaratmışdı.

Yeri gəlmişkən, bu qalmaqalın mətbuata sızması məsələsi də araşdırlır.

“Gecə canavarları”nın dostu

BBC-nin Rus Xidməti xəbər verir ki, Putinin adının şübhəlilər siyahısına düşməsini əvvəlcə onun “Gecə canavarları” bayker klubunun üzvləri ilə dostluq münasibətləri ilə izah etmişdilər.

Bundan sonra Finlandiyanın Daxili İşlər Nazirliyi Rusiya prezidentindən üzr istəmiş və bu xətanın səbəblərini araşdırmağı vəd etmişdi.

Kremlin mətbuat katibi Dmitry Peskov-un dediyinə görə Putin-in özü bu xəbərə kinayə ilə yanaşıb.

Putin – təsadüfi adam?

Digər tərəfdən bildirilir ki, əgər Rusiya prezidentinin adı şübhəlilər siyahısından çıxarılmasa idi, onu nəzəri baxımdan həbs etməli idilər.

Finlandiya dövlət ittihhamçısının müavini Yorma Kalske izah edib ki, uzun illər ərzində cinayət şübhəliləri reyestrinə səhvən çox sayda təsadüfi adamların adları salınıb və Putin də bunlardan biri olub.

Hərçənd rəsmi etiraf edib ki, Putin bu siyahıya salınan yeganə dövlət başçısıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG