Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:51

Jurnalistlərə əl qaldıran məşhurlar [Video]


-

DİEGO MARADONA

Bu ilin avqustunda Argentinada keçmiş futbol ulduzu qəfildən maşından düşərək jurnalistlərə yaxınlaşıb və onlardan birinə şillə vurub. Maradona öz maşınında qadını Ojeda və oğlu ilə birgə teatra gedirmiş. Sonradan deyib ki, ailəsi ilə istirahət etmək istədiyi, heç bir müsahibə vermək fikrində olmadığı halda jurnalistlər onu "boğaza yığıblar".

WILL SMITH

Məşhur aktyor 2012-ci ildə Moskvada jurnalistə şillə vurub. Sonradan bildirib ki, jurnalistin sual vermək əvəzinə “mən sizin fanatınızam, olar sizi qucaqlayım” deməsindən sonra onu qucaqlayıb, amma jurnalistin onu dodaqlarından öpmək istədiyini görəndə əsəbiləşib.

DAVİD SCHULTZ

Tanınmış peşəkar reslinqçi Schultz 1984-cü ildə televiziya müxbiri John Stossel-i iki dəfə vuraraq yerə sərib. “Restlinqin sirləri” barədə veriliş hazırlayan müxbir Schultz-un cavabları ilə qane olmayaraq reslinqi idman növü saymadığını, saxta olduğunu deyib. Bu da Schultz-u özündən çıxarıb. Zərbələri vuran zaman “hə, saxtadır?” deyə müxbirdən soruşub. O, iştirak etdiyi yarışdan uzaqlaşdırılsa da, üzr istəsə də, jurnalist Dünya Reslinq Federasiyasını məhkəməyə verib və ona kompensasiya kimi 425 min dollar ödənib.

BJÖRK

Islandiyali müğənni-bəstəkar 1996-cı ildə Banqkok hava limanında qadın jurnalistin saçını yolaraq yerə yıxıb. Sənətçi deyib ki, Britaniya doğumlu jurnalist 4 gün onun “zəhləsini töküb”, aeroportda isə onun oğluna “Yəqin ulduzun övladı olmaq çətindir, hə?” sualını verib. Videodan isə görünür ki, jurnalist sənətçiyə sadəcə "Banqkoka xoş gəlmisiniz" deyir. Sonradan Björk jurnalistdən üzr istəyib, jurnalist də polisə müraciətdən vaz keçib.

BOJENA RINSKA

Taninmiş bloqçu bir neçə gün əvvəl məhkəmə tərəfindən 1 illik islah işlərinə məhkum edilib. Onu hakimiyyətyönül NTV kanalının müxbirlərini döyməkdə, avadanlıqlarını qırmaqda təqsirli biliblər. Bloqçu isə deyir ki, jurnalistlər kimliklərini gizlədiblər. Onun guya qarajda bir təqaüdçüyə hücum etməsi haqda sual veriblər. Bəziləri bloqçunun müxalifətin aksiyalarına qoşulduğu üçün bu yolla provakasiyaya çəkildiyini iddia edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG