Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:40

-

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü 2015-ci ilin sentyabrında Nyu Yorkda BMT Baş Məclisinin iclası çərçivəsində olacaq. Bunu Fransa prezidentinin mətbuat xidməti bildirib.

Məlumatda deyilir ki, Azərbaycan və Ermənistan prezidentləri bu barədə Paris görüşündə razılığa gəliblər.

Oktyabrın 27-də Parisdə keçirilən görüş haqda deyilir ki, Fransa prezidenti Hollande Dağlıq Qarabağ problemində indiki status kvonun qəbul edilıməz olduğunu bildirib. O, Azərbaycan və Ermənistan prezidentlərini siyasi iradə göstərməyə, öz xalqlarını sülhə hazırlamağa çağırıb.

Hollande Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq həll edilməsini vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG