Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:18

Deputat: «Bələdiyyələr indidən seçilib, kim olacaq, camaat bilir»


Qüdrət Həsənquliyev

Qüdrət Həsənquliyev

-

Oktyabrın 28-də Milli Məclisdə «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» qanuna dəyişikliklər müzakirəsi edilib. Deputat Qüdrət Həsənquliyev dəyişikliklərin bu şəkildə qəbuledilməzliyini və onların yenidən hazırlanmasına ehtiyac duyulduğunu bildirib.

O, bələdiyyənin fəaliyyətinə MSK-nın xitam verə bilməsi və bələdiyyələrin Milli Məclisdə hesab verməsi ilə bağlı təkliflərə toxunaraq deyib:

«1700 bələdiyyə var, onların hamısının Milli Məclisdə hesabat verməsi mümkün deyil. İcrası mümkün olmayan bir qanunu qəbul etməkdənsə, göndərək, yenidən işlənsin».

Bələdiyyənin geri çağırılmasını hədəfləyən dəyişiklik təklifini Qüdrət Həsənquliyev geriyə addım sayıb:

«Vaxt vardı, deputatın geriyə çağrılması da qanunda vardı, amma biz bunu ləğv etdik. Bu dəyişikliyi qəbul etməklə pis presedent yaradırıq. Sabah vətəndaş deyəcək ki, bələdiyyəni geri çağırmaq mümkündürsə, deputatı, prezidenti niyə geri çağırmaq proseduru olmasın?!».

«BU NƏ MÜQAYİSƏDİR, AY QÜDRƏT MÜƏLLİM?»

Vitse-spiker Ziyafət Əsgərov Qüdrət Həsənquliyevin bu müqayisəsinə sərt reaksiya verib:

Qalib Salahzadə

Qalib Salahzadə

«Prezidentlə bələdiyyə üzvünü bir sırada qoydunuz, bu nə müqayisədir, ay Qüdrət müəllim? Bələdiyyə dövlət orqanı deyil, bələdiyyəyə seçilən deputat deyil. Onun qarşısında duran vəzifələr başqadır, bizim qarşımızdakı başqa».

«TORPAQLARLA BAĞLI CİNAYƏTLƏR BURDAN ORTAYA ÇIXIR»

Qalib Salahzadə Bakı bələdiyyələrinin xəritəsinin olmamasına diqqət yönəldib:

«Torpaqlarla bağlı cinayətlər burdan ortaya çıxır. Nə qədər ki, icra hakimiyyətləri bələdiyyələrə nəzarət edirlər, o bələdiyyələrin fəaliyyəti olmayacaq. Artıq bələdiyyələr indidən seçilib, kim olacaq, camaat bilir. Sonra da deyirlər kadr yoxdur. Kadr var, sadəcə, imkan vermirlər».

Qalib Salahzadə sözünü belə yekunlaşdırıb: «Bir az cürətli danışdım, amma yaxşı danışdım».

Günün bütün mövzuları

XS
SM
MD
LG