Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:08

Paşa Bank Türkiyənin Taib Bankını alır


-

Paşa Bank Türkiyənin Taib Yatırım Bankının böyük hissəsini alır.

Bu barədə Türkiyənin Rəqabət qurumu məlumat yayıb. Məlumata görə, Paşa Bank «Aksoy Holding»den Taib Bankın paylarını almaq üçün müraciət edib.

«Aksoy Holding» 2 il əvvəl Taib Yatırım Bankının paylarını Dubay şeyxi El Maktumdan-dan almışdı.

Azərbaycanın ikinci böyük bankı Paşa Bank Taib Yatırım Bankının paylarını almaq üçün Türkiyənin Bankların Tənzimləmə və Nəzarət Qurumuna (Bankacılık Düzenleme ve Denetleme Kurumu-BDDK) mart ayında müraciət edib.

Paşa Bankın səhmlərinin 60 faizi prezident İlham Əliyevin qızlarına məxsusdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG