Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:50

İlqar Nəsibova qarşı məhkəmə noyabrın 4-ə təyin olunub


İlqar Nəsibov

İlqar Nəsibov

-

Oktyabrın 27-də Naxçıvan Şəhər Məhkəməsində Fərid Əsgərovun jurnalist İlqar Nəsibova qarşı iddiası ilə bağlı hazırlıq iclası keçirilib.

Bu haqda AzadlıqRadiosuna İlqar Nəsibovun həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova məlumat verib:

«Məhkəməyə Naxçıvan Vəkillər Kollegiyasının üzvləri də gəlmişdi. Prosedur qaydalarına görə, hakim İlqara həmin vəkillərin xidmətindən istifadə etməyi təklif etdi. İlqar da bu vəkillərin xidmətindən imtina etdi».

Növbəti məhkəmə prosesi noyabrın 5-ə təyin olunub.

İlqar Nəsibov avqustun 21-də Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinin ofisində bir neçə şəxs tərəfindən döyülüb. Onun qabırğaları, burnu, almacıq sümükləri qırılıb, çoxsaylı xəsarətlər yetirilib. Həkimlər jurnalistin üzünə 10-a yaxın tikiş qoyub və güclü beyin silkələnməsi olduğunu qeydə alıb. Hadisədə əli olanlardan biri - Fərid Əsgərova Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi açılmışdı. Daha sonra Fərid Əsgərov eyni ittihamla İlqar Nəsibovdan şikayətçi olmuşdu.

Oktyabrın 24-də Naxçıvan Şəhər Məhkəməsində İlqar Nəsibovun Fərid Əsgərova qarşı iddiası ilə bağlı hazırlıq iclası keçirilmişdi. Bu iddia ilə bağlı məhkəmə prosesi noyabrın 4-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG