Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:08

-

Azərbaycan Milli Məclisinin oktyabrın 28-də keçirdiyi iclasında «15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında» qanuna dəyişiklik olub. Yeni qanunun layihəsini təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, vətəndaşa doğum haqda şəhadətnamə ilə birlikdə verilən fərdi identifikasiya kartının müddəti azaldılır.

5 yaşında verilən fərdi identifikasiya kartları vətəndaşın 15 yaşı tamam olanadək etibarlı sayılacaq. Kartın üzərində kimlik məlumatları və fotoşəkili olacaq.

İdentifikasiya kartı 5 iş günü müddətində pulsuz veriləcək. Amma kartın dəyişdirilməsi, daha tez 1 və ya 3 iş gününə verilməsinə dövlət rüsumu ödənəcək.

Kartın üzərindəki məlumatlarda səhv olduqda, həmin kart müvafiq orqana daxil olduğu gündən 1 iş günü ərzində dövlət rüsumu alınmadan dəyişdiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG