Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:09

Göygöldə Firuzabad və Üçtəpə kənd sakinləri etiraz aksiyası keçirdilər...


Magistral yolu kəsməyə cəhd edirlər

Magistral yolu kəsməyə cəhd edirlər

-

«Marşrut işləmir. Dünən 1 kisə un almışam, gəldi dəmirin arxasında dayandı, dedi gedə bilməzsən. Xəstə adamam, mən onu belimdəmi daşıyım? Axırda 1 maşına 2 manat vermişəm. Kasıb adamam. Dəmirlərdən açmışdılar».

Göygöl rayonunun Firuzabad və Üçtəpə kənd sakinləri üzləşdikləri problemi çatdırmaq üçün magistral yolu kəsməyə cəhd ediblər. Səbəb elə həm marşrut, həm də piyada yolu ilə hərəkətlərinin dəmir çəpərlərlə məhdudlaşdırılmasıdır.

«YOLUMUZ KƏSİLİB. POLİS DƏ CAVANLARI HƏDƏLƏYİR Kİ...»

Kənd sakini Aybəniz Abbasovanın dediyinə görə, bu üzdən yolları uzandığından iki gündür ki, marşrutlar kəndə sərnişin daşımaqdan imtina ediblər:

«Yolumuz kəsilib. Təcili yardım haradan gələcək, gəlib ölümüzü aparacaqlar. Polis də cavanları hədələyir ki, səs çıxarmayın, tutub salarıq içəri. Kimdirlər ki? Ölüb o cavanların yiyəsi ki, onu içəri salalar?

«YANĞINSÖNDÜRƏN GƏLƏNƏ QƏDƏR EV KÜLƏ DÖNƏCƏK»

Məcburuq əks istiqamətdə gedəm. Ya da gərək 12 kilometr artıq yol gedəm. Bura təcili yardım, yanğınsöndürən gəlir, onlar gələnə qədər ev külə dönəcək. 28 kilometr yol uzanıb. Əvvəl 50 metr yol gedirdik».

Səadət

Səadət

Hazırda məktəbə gedən şagirdlər və işə-gücə tələsən böyüklər hündür dəmir çəpərləri adlamalı olurlar:

Səadət adlı sakin:

«Heyvan saxlayıram, uşaqlarımı onunla dolandırıram. İki gündən bir çanta aparıram. Qatıq aparıram satmağa, piyada çalxalana-çalxalana hara aparım? 30 ildir buranın sakiniyəm, hara köçüm?».

««İPƏK YOLU» BİZİM ƏRAZİDƏN KEÇİR»

Firuzabad bələdiyyə sədri Rza Məmmədov da sakinlərə haqq verir. Deyir ki, bu məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verib. Hətta nəqliyyat nazirinin qəbuluna yazılıb. Lakin nazir onların şikayətini dinləməkdən imtina edib:

««İpək yolu» bizim ərazidən keçir. O vaxt yol tikiləndə dedik ki, yol verilməlidir. Ya körpü, ya da yeraltı keçid verilməlidir. Söz verdilər ki, yolun altından 3.5 metr enliliyində yol veriləcək ki, təcili yardım filan keçə bilsin. Sonda keçidi elədilər 2-nin 10-a. Oradan da ancaq balaca maşın keçir.

Nə «Qazel», nə yanğınsöndürən keçə bilir.

Nə «Qazel», nə yanğınsöndürən keçə bilir.

Nə «Qazel», nə yanğınsöndürən keçə bilir. Nəqliyyat naziri Daşkəsənə gələndə müraciət elədik. Əfsuslar olsun ki, nazir Ziya Məmmədov bizi qəbul etmədi. Nazirliyə müraciət göndəririk ki, ən azından yolun altından keçid yol layihəsi hazırlansın. Camaatın ən böyük narazılığı odur ki, marşrut məsələsi həll olsun».

Əraziyə gələn polislər isə sakinlərlə danışıqlar aparmağa çalışırdılar ki, məsələni sakit yolla, rəsmi qurumlara müraciət etməklə yoluna qoysunlar.

İCRA HAKİMİYYƏTİ NƏ DEYİR?

Göygöl rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, sakinlərin şikayəti araşdırılır. Firuzabad kənd sakinləri isə deyirlər ki, ən qısa müddətdə bu problem həllini tapmasa, həmin yoldan digər maşınların da istifadəsinə imkan verməyəcəklər. Yolu yenə kəsəcəklər.

XS
SM
MD
LG