Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:31

“Barat – bir şirin nağıl...” adlı audiodiskin təqdimatı olub


Azerbaijan -- Barat Shakinskaya (1914 –1999), Azerbaijani and Soviet stage and film actress
Azerbaijan -- Barat Shakinskaya (1914 –1999), Azerbaijani and Soviet stage and film actress

-

Oktyabrın 27-də Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) Barat Şəkinskayanın 100 illiyinə həsr etdiyi “Barat – bir şirin nağıl...” adlı audiodiskin təqdimatı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Barat Şəkinskayanın sənət yolunu əks etdirən üç stenddən ibarət fotosərgi ilə tanış olublar.

Məclisdə çıxış edənlər Barat Şəkinskayanı “Tanrının Azərbaycan teatrına bəxş etdiyi şirin bir nağıl” adlandırıblar.

Barat Şəkinskayanın zəngin yaradıcılığında bədii qiraət xüsusi yer tutur. Sevimli aktrisanın Azərbaycan radiosunda oxuduğu çoxsaylı nağıllar gələcək nəsillərə yadigardır.

ATXİ həmin nağılların toplandığı diski böyük aktrisanın anadan olmasının 100 illik yubileyi münasibətilə Barat sənətinin pərəstişkarlarına təqdim edib.

Diskdə Barat Şəkinskayanın qiraət yaradıcılığından seçmələr – “Murad hekayəsi”, “Tikanlı arı”, “Cik-cik sərçə”, “Cip-cip cücə”, “Keçi, quzu və dana nağılı”, “Şəkil və çəkil”, “Gilənar, qurbağalar, hacıleylək nağılı”, “Gülaçarın kuklası”, “İşləməyən dişləməz”, “Qaranquş”, “Nədən qorxdular”, “Təbilçi”, “Vəfalı it ilə oğru pişik”, “Gilənar nağılı” yer alıb.

Bu qiymətli lent yazılarını ATXİ-yə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti təqdim edib.

Mərasimdə böyük aktrisanı səhnədə görmüş, onunla tərəf-müqabili olmuş sənətkarların xatirəsi dinlənilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG