Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:24

«ATƏT həmsədrləri eləcə turist səfərinə gəlib-gedirlər»


Deputat Siyavuş Novruzov

Deputat Siyavuş Novruzov

«Bugünlərdə Ukraynada parlament seçkisi keçirildi. Seçkinin mürəkkəbi qurumamış Amerika bəyanat verdi ki, bu seçki demokratik olub. Buna görə də, biz Krımın Ukraynaya qaytarılmasına yardım edəcəyik».

Bu sözləri Milli Məclisin payız sessiyasının növbəti iclasında Siyavuş Novruzov bildirib.

Siyavuş Novruzovun sözlərinə görə, 20 ildən artıq ATƏT-in həmsədri kimi ABŞ bugünədək Azərbaycanala bağlı belə rəy verməyib:

«Bir dəfə də deməyiblər ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın bütövlüyü çərçivəsində həll olunsun. Deməyiblər ki, BMT-nin qətnamələrinin icrasına görə Amerika birbaşa məsuliyyət daşıyır. ATƏT həmsədrləri eləcə turist səfərinə gəlib-gedirlər, gedib bir mərifətli, düzgün informasiya da vermirlər».

S. Novruzov ATƏT həmsdərlərinə bir daha müraciət etməyi təklif etdi:

«Müraciət edək ki, hər ölkəyə bərabər baxsınlar».

Günün bütün mövzuları

XS
SM
MD
LG