Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:43

Qırğızıstan prezidenti Gömrük İttifaqına üzvlüyün vacibliyini bildirir


Almazbek Atambaev - Qırğızıstan prezidenti

Almazbek Atambaev - Qırğızıstan prezidenti


Qırğızıstan prezidenti Almazbek Atambaev deyir ki, ölkəsi “mümkün qiymət artımına baxmayaraq” Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqına daxil olmalıdır. Atambaev oktyabrın 27-də Milli Sabit İnkişaf Şurasının iclasında çıxış edib. Onun sözlərinə görə, Gömrük İttifaqına birləşmək istehlak qiymətlərinin artmasına gətirə bilər, lakin qrupdan kənarda qalmaq “qiymətlərin daha sürətlə artmasına və inflyasiyaya” səbəb olar.

“Biz daha az ziyanlı olanı seçirik, təşkilat üzvlərini təhqir etmək fikrimiz də yoxdur,” Atambaev deyib.

Gömrük İttifaqına Rusiya, Belarus və Qırğızıstanın böyük şimal qonşusu Qazaxıstan daxildir. Bu qurum vasitəsilə Rusiya prezidenti Vladimir Putin keçmiş sovet respublikaları ilə əlaqələri möhkəmləndirməyə çalışır.

Atambaev mayda bildirib ki, qurumun 3 prezidenti “yol xəritəsi” imzalayıb və Qırğızıstan qrupa 2015-ci il yanvarın 1-dək qoşulacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG