Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:10

Bakıda “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum” keçirilir


Azad Rəhimov, Gənclər və İdman naziri

Azad Rəhimov, Gənclər və İdman naziri


Bakı şəhərində “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum” keçirilir. APA-nın xəbərinə görə, Forum Azərbaycan Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT baş katibinin gənclər üzrə elçisinin ofisi, UNESCO və Avropa Şurası tərəfindən təşkil olunub.

Tədbiri BMT baş katibinin gənclər üzrə müavini Əhməd Əlhandavi açıb. Sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edib. Nazir bildirib ki, ilk dəfə olaraq Bakıda gənclər siyasəti üzrə birinci qlobal forum keçirilir:

“Bu forum böyük əhəmiyyət kəsb edir. 1998-ci ildən bəri belə bir forum keçirilməyib. Bu, XXI əsrdə ilk dəfə olaraq keçirilən gənclərin çox vacib tədbiridir".

Nazir deyib ki, forumda 160 ölkədən nümayəndə iştirak edir. Onun sözlərinə görə, forumda qəbul olunacaq qətnamə dünya qlobal gənclər siyasətinə yeni təkan, yeni impuls verəcək və yeni prioritetlər aşkar olunacaq.

Forumda BMT-nin baş katibi Pan Gi Munun videomüraciəti təqdim edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG