Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:28

Üzən qaz terminalı Litvaya çatıb


Üzən maye təbii qaz terminalının Litvanın Rusiyadan enerji asılılığa son qoyacağı bildirilir

Üzən maye təbii qaz terminalının Litvanın Rusiyadan enerji asılılığa son qoyacağı bildirilir

Üzən maye təbii qaz terminalı (LNG) Klaipeda Qara Dəniz limanına çatıb. Bu terminalın Litvanın Rusiyadan enerji asılılığa son qoyacağı bildirilir.

Oktyabrın 27-də fəxri qvardiya və tamaşaçılar “Müstəqillik” gəmisini milli bayraqlarla qarşılayıb. Gəminin uzunluğu 300 metrdir.

Litvanın prezidenti Dalia Grybauskaite deyib ki, terminal “Litvanın, eləcə də bütün Baltik regionunun enerji təhlükəsizliyi üçün mühümdür”.

Prezident bildirib:

“Bu, təkcə enerji layihəsi deyil, geo-siyasi layihədir. Bu, gələcəyimizin azadlığının təminatçısıdır”.

Litva, Latviya və Estoniya təbii qaza görə tamamilə Rusiyadan asılıdır. Onların daha geniş Avropa kəməri sisteminə çıxışı yoxdur.

Litva Qazpromu bazarı monopoliyada saxlamaqda, ədalətsiz qiymətlər qoymaqda ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG