Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:08

Sonuncu Britaniya əsgərləri Əfqanıstanı tərk edir


Əfqanıstan, Britaniya hərbi qüvvəsi

Əfqanıstan, Britaniya hərbi qüvvəsi

Britaniyanın müdafiə nazirliyi bildirir ki, sonuncu əsgərləri Əfqanıstanın Helmand vilayətini tərk edib. 13 il davam etmiş münaqişədə Britaniyanın 450 əsgəri həlak olub.

Əsgərlər oktyabrın 27-də “Camp Bastion” bazasını vertolyot və təyyarələrdə tərk ediblər. Bir gün öncə baza əfqan qüvvələrinə təhvil verilib.

Əfqanıstana 10 min Britaniya əsgəri göndərilib, onların əksəriyyəti Talibanın güc mərkəzi sayılan Helmanda yerləşdirilib.

Bəzi təhlilçilər Britaniyanın missiyasını yarımçıq dayandırdığını düşünür. Əsas narahatlıqlardan biri tiryək istehsalının artmasıdır ki, bu, Talibanı ayaqda saxlamağa kömək edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG