Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:36

Oktyabrın 27-də İraqda iki avtomobil partladılıb, azı 34 nəfər həlak olub. Hücumlar Bağdaddan 50 km cənubda Jurf al-Sakhar yaxınlığında şiə hərbi nəzarət məntəqəsini hədəfə alıb. Bir gün öncə İraq hökuməti və şiə hərbi qüvvələri bu sünni şəhərini İslam Dövləti yaraqlılarından geri alıblar. Şəhər iyuldan İD-nin nəzarətində idi.

İntiharçının İD yaraqlısı olduğu güman edilir. Nəzarət məntəqəsinə hücumda azı 24 nəfər ölüb, 20-dən çox adam yaralanıb.

Bağdadın əsasən şiələrin yaşadığı Karrada rayonunda törədilən partlayışda isə azı 10 nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG