Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:25

Tunis seçkilərində dünyəvilər qalib gəlir


Tunisdə inqilabdan sonra ikinci dəfə keçirilən ümumi seçkilərdə islamçı Ənnahda partiyası məğlubiyyətini qəbul edib.

Rəsmi nəticələr hələ hazır olmasa da, ilkin nəticələr dünyəvi Nidaa Tunes partiyasının qələbə qazandığını göstərir.

Ənnahda partiyasının sözçüsü Reuters agentliyinə deyib ki, “biz məğlubliyyətimizi qəbul etmişik və qalibləri təbrik edirik”.

Bununla belə, sözçü Lotfi Zitoun qalib tərəfi islamçıların da daxil olacaqları koalsiya hökuməti təşkil etməyə çağırıb.

İlkin nəticələrə görə 217 mandatlı məclisdə Nidaa 80, Ənnahda 67 yer qazana bilib.

İndiyədək islamçılar iki dünyəvi partiya ilə koalisiyada idilər.

XS
SM
MD
LG