Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:23

İslamçılar geriyə oturdulmazdan əvvəl çox sayda hökumət əsgərini edam edə biliblər.

Əl-Qaedaya bağlı Nüsrə Cəbhəsi qiyamçıları hökumətin nəzarətində olan İdlib şəhərinə hücum edərək bir müddət bir sıra hökumət binalarlını zəbt edə biliblər.

İslamçılar bildiriblər ki, geriyə oturdulmazdan əvvəl çox sayda hökumət əsgərini öldürə biliblər.

Buna baxmayaraq, hökumət qoşunları 2012-ci ildə qiyamçılardan geri alınmış bu şəhəri saxlaya bilib.

Xəbər verilir ki, qiyamçılar səhərin erkən saatlarında İdlibə dörd tərəfdən hücum etmişdilər.

Onlar qısa müddət ərzində yoxlama buraxılış məntəqələrini, habelə bir sıra inzibati binaları ələ keçirə bilsələr də, tezliklə bu mövqeləri tərk etməli olublar.

İdlib əyalətinin böyük hissəsi qiymaçıların nəzarətində olsa da, İdlib şəhərinin özü prezident Bashar al-Assad-a sadiq qüvvələrin əlində qalır.

Assad qiyamçılara 600 hava zərbəsi endirib

Yaxın Şərqdəki müxbirlər bildirirlər kİ, Nüsrə Cəbhəsi və onun müttəfiqləri qlobal diqqətin ABŞ-ın hava reydlərinə yönəldiyini bildiyindən Suriyanın şimalında yeni ərazilər zəbt etməyə çalışır.

Suriya mənbələri xəbər verir ki, ölkənin hərbi hava qüvvələri ötən həftə ərzində qiymaçı mövqelərinə 600 hava zərbəsi endirib və o cümələdən helikopterlərdən atılan çəllək bombalarından istifadə edib.

Bu da bildirilir ki, bu hava reydləri zamanı 180-dək mülki şəxs həlak olub.

Birbaşa Dəməşqdə müxbiri olan “The Independent” qəzeti daha təfərrüatlı məlumatlar verir.

Qəzetin müxbiri Robert Fisk yazır ki, Suriya hökuməti ölkənin ikinci böyük şəhəri olan İdlibi az qala itirəcəkmiş.

Dərhal baş kəsməyə başlayıblar

O xəbər verir ki, cihadçılar şəhəridə yenicə tikilmiş qubarnatorluq binasını ələ keçirmiş və Suriya ordusunun zabitlərinin başlarının kəsməyə başlayıblarmış.

Müxbir bu münvalla 70-dək hərbçinin edam edilərək öldürüldüyünü yazır.

Ölkənin şərqindəki Raqqa İD-in nəzarətində olsa da, hökumət sahil şəhəri Latakiya ilə Hələb arasında strateji mövqe tutan İdlib şəhərini əldə saxlayır.

Polis cihadçıların tərəfinə keçibmiş

Fisk yazır ki, qubernatorluq binasının ələ keçirilməsi zamanı vali Kheir Eddib Asayed-in təhlükəsizlik qüvvələri və polisi qiyamçıların tərəfinə keçiblər. Lakin bu hadisələrdən xəbərsiz olan hökumət qoşunları şəhərin perimetri boyunca cihadçılara qızğın müqavimət göstərərək onları geri oturdublar.

Müxbirin sözlərinə görə məhz belə bir şəraitdə ehtiyat qüvvələri gəlib çıxmayan qiyamçılar inzibati binaları tərk edərək geri çəkiliblər.

Hadisə zamanı qubernator öz ofisində olmayıb, lakin hücum barədə ordu qərargahını vaxtında xəbərdar edə bilib.

Mətbuat yazır ki, Assad hökuməti öz aralarında getdikcə daha çox parçalanmaya uğrayan qiyamçılara qarşı silahlı mübarizə aparır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG