Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:05

Siyavuş Novruzov: «Leyla Yunusun Nobel mükafatına namizədliyi istintaqa təzyiqdir»


Siyavuş Novruzov

Siyavuş Novruzov

-

«Müxtəlif qurum və təşkilatların bu işləri bir daha dünyaya sübut edir ki, onlar eyni mərkəzdən idarə olunur. Erməni lobbisinin təhriki ilə fəaliyyət göstərən bu mərkəzlər obyektiv deyil, qeyri-qanuni, düzgün olmayan məsələlərə görə dünyanın aparıcı dövlətlərinin nüfuzuna xələl gətirirlər».

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Leyla Yunusun 2015-ci il üçün Nobel mükafatına namizədliyini irəli sürməsinə münasibət bildirərkən belə deyib. O, Trend-ə müsahibəsində bu təşəbbüsü istintaqa təzyiq kimi qiymətləndirib:

«Bunlar Leyla Yunusun Nobel mükafatına namizədliyini irəli sürməklə istəyirlər ki, hər tərəfdən istintaqın gedişinə təzyiq göstərsinlər. Nobel mükafatının cəmiyyət, dünya üçün faydalı iş görənlərə təqdim edilir. Azərbaycanda hansısa bir ermənimənşəli, Azərbaycan əleyhinə iş aparan, ayrı-ayrı erməni kəşfiyyat orqanlarına Azərbaycanın hərbi sirlərini ötürmək istəyən şəxsə belə bir mükafatın verilməsi nəzərdə tutulursa belə, bu, özü böyük cinayətdir».

Beynəlxalq qadın hüquq müdafiəçiləri koalisiyası Leyla Yunusun Nobel mükafatına namizədliyini irəli sürüb.

Leyla Yunus Avropa Parlamentinin Sakharov mükafatına 3 namizəddən biri idi. O, bu mükafatı ala bilməsə də, Leyla Yunusa dəstək üçün avropalı deputatlar Azərbaycana səfər edəcəklər.

Leyla Yunus və həyat yoldaşı Arif Yunus vətənə xəyanətdə və vergidən yayınmada ittiham olunurlar. Beynəlxalq hüquq müdafiə təşkilatları onları siyasi məhbus hesab edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG