Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:57

Fransanın kitab oxumayan mədəniyyət naziri


Fleur Pellerin

Fleur Pellerin

Fransanın mədəniyyət naziri Fleur Pellerin etiraf edib ki, axır 2 ildə bir dənə də olsun kitab oxumayıb:

“Axır iki ildə kitab oxumaq üçün vaxt tapa bilməmişəm. Çoxlu qeydlər, qanunverici aktlar, xəbərlər, Fransa Press-in məqalələrini oxumuşam, amma çox az mütaliə etmişəm”.

“Canal+ ”a müsahibəsi zamanı nazirdən onu da soruşublar ki, bu yaxınlarda Nobel mükafatına layiq görülən fransız yazıçı Patrick Modianonun hansı əsəri daha çox xoşuna gəlir.

Pellerin etiraf edib ki, yazıçı ilə “gözəl bir lanç etsə də”, onun heç bir əsərini oxumayıb.

41 yaşlı nazir öz etirafları ilə sosial mediada qınaq obyektinə çevrilib.

Şərhçi Claude Askolovitch “Huffington Post” (Fransa buraxılışı) qəzetində yazır ki, çox az mütaliə etdiyini “xoşbəxtcəsinə” etiraf edən mədəniyyət naziri istefa verməlidir.

Amma nazir onu da deyir ki, ədəbiyyatı çox sevir, ən sevimli kitabları fransız şairi Charles Baudelaire-in “Şər çiçəkləri” toplusu və macar yazarı Sándor Márai-nin “Kazanova Balsanoda” əsəridir.

Pellerin Cənubi Koreyada doğulub, 6 aylığında fransız ailəsi tərəfindən övladlığa götürülüb. Biznes Məktəbini bitirib. Mədəniyyət naziri olmaq istəyini heç vaxt gizlətməyib. Əvvəllər hökumətdə xarici ticarət və s. sahələrdə çalışıb.

“Guardian”a istinadla OxuZalı

Günün bütün mövzuları

XS
SM
MD
LG