Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:19

İranda qazdan zəhərlənməyə görə 100 məktəb bağlanıb


İranın rəsmi İRNA agentliyinin məlumatına görə, ölkənin cənub-şərqində olan Zahedan şəhərində zəhərli qazdan 130 adam xəstəxanaya düşüb. Sistan-Bəlucistan vilayətində 100-dən çox məktəb bağlanıb.

Xəstəxanaya düşənlərdən 60-ı məktəb şagirdləridir.

Zəhərlənmənin əlamətləri nəfəs problemləri, baş ağrılarıdır.

Vilayətin qubernatoru Arjmandi Əfqanıstan və Pakistanla sərhəddə yerləşən bu vilayətdə sabotaj ola bilməsi fikrini rədd edir.

O deyib ki, bir özəl şirkətin işçisi saxlanıb. O, oktyabrın 26-da vaxtı keçmiş pestisidi şəhərin su kanalına tökməkdə şübhəli ilinir. Qubernator bildirir ki, kanalda həmin pestisidlərlər kimyəvi reaksiyaya uğrayıb və zəhərli qazlar əmələ gəlib.

XS
SM
MD
LG