Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:13

Xankəndində oktyabrın 27-də keçirilən məhkəmədə Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı irəli srülən ittihamda iddia olunur ki, onlar bu il iyulun 4-də Dağlıq Qarabağ sakini, Smbat Sakanyanı silah gücünə oğurlayıblar, sonra onu, bədənində güllə yaraları ilə iyulun 15-də tapıblar.

İttihamlarda iddia olunur ki, Quliyev və Əsgərovdan başqa qrupda Həsən Həsənov da olub. Hazırda dünyasını dəyişən Həsən Həsənov iddiaya görə, iyulun 11-də Yerevan sakini Sarkis Abramianı öldürüb, Kotayk rayonu sakini karine Davtyanı isə yaralayıb. Onu tutmaq istərkən silahlı müqaviləmt göstərib və öldürülüb.

Məhkəmədə 2 Azərbaycan vətəndaşını vəkil Arkadi İsraelyan müdafiə edir.

2 Azərbaycan vətəndaşı oktyabrın 27-də Dağlıq Qarabağda məhkəməyə çıxarılıb. 46 yaşlı Şahbaz Quliyevi və 54 yaşlı Dilqəm Əsgərovu Dağlıq Qarabağ qətldə, casusluqda, “sərhəddi” qanunsuz keçməkdə, qanunsuz silah daşımaqda ittiham edir.

Rəsmi Bakı Dağlıq Qarabağın iki Azərbaycan vətəndaşına məhkəmə qurmaq haqqının olmadığını bildirir.

Bakı bildirir ki, həmin Azərbaycan vətəndaşları əslində girov götürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG