Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:52

Ermənistanın baş naziri ilkin seçki tələbini rədd edir


Hovik Abrahamian
Hovik Abrahamian

Ermənistanın baş naziri Hovik Abrahamian deyib ki, hökumət hər bir partiyanın qaldırdığı məsələni müzakirə etməyə hazırdır. Ancaq müxalifətin tələb dediyi hökumətin dərhal dəyişməsi olmayacaq. Əgər belə dəyişiklik olsa, ilkin seçkilər vasitəsilə ilə baş tutmayacaq.

Oktyabrın 24-də müxalifət Yerevandakı mitinqində ilkin parlament və prezident seçkiləri tələb etmişdi.

Baş nazir deyir ki, bütün proseslər konstitusiya çərçivəsində olmalıdır.

Ermənistanda növbəti parlament seçkiləri 2017-ci ildə olmalıdır.

XS
SM
MD
LG