Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:23

Moskva polisi Rusiyanın müxalifət fəalı Maria Gaidarın evində axtarış aparıb.

Maria Gaidar Yeltsinin prezidentliyi dövründə baş nazir olan Yeqor Gaidarın qızıdır.

Maria Gaidar Facebook və Twitterdə yazıb ki, onun telefonları və kompüterləri müsadirə olunub. Axtarış isə oktybarın 27-də keçirilib. İstintaq Komitəsi axtarış aparıldığını təsdiqləyib.

Axtarış 2007-ci ildə Sağ Qüvvələr Birliyindən pul mənimsənilməsi şübhələri ilə bağlı istintaqla əlaqələdir.

İstintaq Komitəsi Maria Gaidarın şahid qismində cəlb olunduğunu bildirir.

İstintaqa Allekt şirkəti də cəlb olunub. Bu şirkət bloqqer Navalny-nındır.

Maria Gaidar 2007-ci ildə bu şirkətdə baş menecer olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG