Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:18

AXCP sədri ona pasport verilməməsi ilə bağlı baş prokurora müraciət edib


Oktyabrın 6-da AXCP sədri Əli Kərimli Daxili İşlər Nazirliyi Pasport Qeydiyyatı İdarəsinin ona ümumvətəndaşlıq pasportunun verməməsiylə bağlı baş prokuror Zakir Qaralova müraciət edib. AXCP sədri bildirib ki, ona pasport verilmədiyinə görə dəvət olunduğu beynəlxalq forumlarda iştirak edə bilmir.


Respublika Prokurorluğu Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev isə deyir ki, bu müraciətin prokurorluğa aidiyyatı yoxdur, AXCP sədri öz problemini DİN-lə həll etməlidir.


Daxili İşlər Nazirliyi isə bildirir ki, 1992-ci ildə Əli Kərimliyə qarşı cinayət işi qaldırılıb, buna görə də ona pasport verilməməsi əsaslıdır.


AXCP sədri isə bildirir ki, 1992-ci ildən sonra bir neçə dəfə ümumvətəndaşlıq pasportu alıb və xarici ölkələrdə olub. O, hazırda ona pasport verilməməsini siyasi qərar hesab edir.


XS
SM
MD
LG