Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:52

Parisdə Fransa prezidenti Francois Hollande ilə Azərbaycan prezidenti İlham Əliyevin görüşü olub.

APA-nın məlumata görə, Hollande Azərbaycan dövlət başçısını Yelisey Sarayında qarşılayıb.

Azərbaycan prezidenti ilə görüşdən sonra Hollande Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.

Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin üçtərəfli görüşü isə Bakı vaxtı ilə saat 22:00-da başlanmalıdır. İki saat davam edəcəyi planlaşdırılan görüşdən sonra rəsmi şam yeməyi olacaq.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Sülh Sazişinin əsas müddəaları müzakirə ediləcək.

2014-cü ildə Azərbaycan və Ermənistan prezidentləri üçüncü dəfədir ki, görüşür.

Günün bütün mövzuları

XS
SM
MD
LG