Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:19

"Poroshenko bloku" "Müxalifıt bloku"ndan başqa hamı ilə koalisiyanı nəzərdən keçirir


“Petro Poroshenko bloku” partiyasının sədri Yuri Lutsenko jurnalistlərə deyib ki, Ukraynada hakim koalisiyada heç kim “böyük və ya kiçik üzv” olmaycaq.

O bildirib ki, qalib Maydan partiyalarının liderlərinə telefonla zəng edilir və məsləhətləşmələrə çağırılır. Onun sözlərinə görə hazırda prezident yalnız baş nazirlə görüşüb. Səslərin 45 faizi sayılandan sonra baş nazir Yatsenyukun Xalq Cəbhəsi birinci yerdə gedir. Xalq Cəbhəsi səslərin 21,62 faizini yığıb. “Poroshenko bloku” 21,47 faizlə ikincidir. 3-cü yerdə “Özünəkömək” partiyasıdır -11,14 faiz. Hələlik “Müxalifət bloku” – 9,72 faiz, Radikal partiya – 7,37 faiz, Batkyvshina - 5,72 faiz səs toplayır.

Lutsenko deyib ki, Lyashkonun Radikal partiyası da mümkün koalisiya tərəfdaşı kimi nəzərdən keçirilir. Ancaq o bildirib ki, əsasən Özünə kömək, Azadlıq, və ola bilsin ki, Batyvshina partiyaları ilə tərəfdaşlığı nəzərdən keçirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG