Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:31

Tıq-tıq və Taq-taqın dostluğu nağıla çevrildi


“Tıq-tıq və Taq-taqın nağılı” tamaşası

“Tıq-tıq və Taq-taqın nağılı” tamaşası

-

Oktyabrın 26-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir yeni və maraqlı tamaşanın premyerası baş tutub.

Abdulla Şaiqin məşhur “Tıq-tıq xanım” nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi “Tıq-tıq və Taq-taqın nağılı” adlı tamaşa yeni ştrixləri ilə tamaşaçıların diqqətini cəlb edib.

Rejissor tamaşaya əlavə etdiyi Taq-taq obrazında əsl dost, sadiq və səmimi yoldaş xüsusiyyətlərini cəmləşdirib.

“Tıq-tıq və Taq-taqın nağılı”. Rejissor: Qurban Məsimov

“Tıq-tıq və Taq-taqın nağılı”. Rejissor: Qurban Məsimov

Balacalara sevgi, mehribanlıq, sadəlik, ən əsası ağıllı olmağı tövsiyə edən Taq-taq-- yeni tamaşanın əsas qəhrəmanı sonluğu da dəyişdirib.

Klassik nümunədən fərqli olaraq yeni tamaşada müsbət sonluğa nail olan rejissor Taq-taqı xudpəsənd Tıq-tıqın xilaskarı kimi təqdim edib və dostluğun, mehribanlığın, səmimiyyətin qələbəsi balacaları sevindirib.

Nəzmlə təqdim olunan tamaşada uşaqlar fərqli rəssam işi, yeni kukla modelləri ilə də tanış olmaq imkanı qazanıblar.

Rəssam (quruluşçu rəssam Rəvanə Yaqubova) səhnədə klassik qəhrəmanları yeni geyimdə, müasir üslubda göstərib.

Bəstəkar Vüqar Camalzadənin musiqisi tamaşanı daha da baxımlı edib.

Birhissəli kukla tamaşasında əsas rolları Rəhman Rəhmanov, aktyorlar Cəmilə Allahverdiyeva, Samirə Nəcəfova, Rəhim Rəhimov, Elnur Xəlilov, Cavid İbrahimov ifa edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG